Ümumi Məlumatlar

Azərbaycan Mühəndislər Birliyinin başlıca məqsədi Azərbaycanda ənənəvi və daim mütəxəssis tələb edən sahə sayılan texniki ixtisaslar üçün bu istiqamətdəki yeniliklər və mövcud strukturlar barədə məlumatlandırmaqdır. Bu səbəbdən biz öz peşəkar komandamızla karyerasını məhz bu sahədə görən tələbələr üçün şirkətlər və oxuduqları təhsil müəssisələri arasında körpü yaratmaq işini öhdəliyimizə götürmək niyyətindəyik. Tələbələrin oxuduqları müddəti səmərəsiz işlərə və onlar üçün vaciblik təşkil etməyən təlim və seminarlarda keçirmələri əvəzinə , sırf gələcəkdə quracaqları karyeraları üçün özlərinə istiqamət seçməkdə yardım edəcək təlimlər , təcrübə proqramları və seminarlar təşkil etməyi özümüzə məqsəd qoymuşuq.