Türkiyə prezidenti: “Bu gün bölgəmiz və ölkəmiz üçün tarixi bir addım atırıq”

0
122

“Bu gün bölgəmiz və ölkəmiz üçün tarixi bir addım atırıq. “Enerji İpək Yolu” kimi tanınan layihənin açılışını edirik”.

Eskişehirin Seyidqazi rayonunda (Türkiyə) TANAP-ın I hissəsinin açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O həmçinin bildirib ki, bu layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan, eləcə də şirkətlər arasında mövcud olan möhkəm əlaqələr, etibar sayəsində mümkün olub: “Bu nəhəng layihənin planlaşdırılan tarixdən öncə həyata keçirilməsində əməyi keçənləri təbrik edirəm. Prezident İlham Əliyevə göstərdiyi liderliyə görə təşəkkür edirəm. Həmçinin mərasimdə iştirak edənlərə bütün prezidentlərə, nazirlərə, millət vəkillərinə təşəkkür edirəm”.

R.T. Ərdoğanın sözlərinə görə, Türkiyə indiyə qədər enerji, nəqliyyat, ticarət sahələrində bir sıra uğurlu layihələr reallaşdırıb: “Ölkəmiz yatırım üçün güvənlidir”.

Report.az

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin