TANAP-dan ilk qaz qəbul olunub

0
178

Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərindən (TANAP)Türkiyəyə ilk qazın qəbulu həyata keçirilib.

Eskişəhərin Seyidqazi rayonunda (Türkiyə) TANAP-ın birinci hissəsinin açılış mərasimində baş tutub.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, Serbiya Prezidenti Aleksandr Vuçiç, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev simvolik olaraq qazın qəbulunu həyata keçiriblər.

 

Report.az

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin