Səudiyyə Ərəbistanı OPEC üzrə neft istehsalını ən çox azaldan ölkə olacaq

0
49

Səudiyyə Ərəbistanı OPEC-ə üzv ölkələr arasında neft hasilatını ən çox azaldan ölkə olacaq.

Bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih deyib.

Nazir qeyd edib ki, OPEC və OPEC+ üzrə neft istehsalının sutkalıq 1,2 milyon barrel azaldılması qərarı çərçivəsində Səudiyyə Ərəbistanı gündəlik hasilatını 500 min barrel aşağı salacaq: “Noyabrda Səudiyyə Ərəbistanının xam neft istehsalı sutkalıq 11,1 milyon barrel olmaqla rekord səviyyəyə çatıb. Ölkə üzrə gündəlik neft istehsalı oktyabr ayında isə 10,7 milyon barrel idi. Lakin gələn ilin yanvar ayından etibarən bu həcm nəzərə alınmaqla hasilat sutkada 10,2 milyon barrelə endiriləcək”.

Bununla da Səudiyyə Ərəbistanı OPEC-ə üzv ölkələr arasında neft hasilatını ən çox azaldan ölkə olacaq. Səudiyyə Ərəbistanı hazırda dünyanın ən böyük neft ixracatçısıdır.

 

AZƏRTAC

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin