ROOF Academic Training olaraq aşağıdakı sahələr üzrə 3 aylıq təcrübə proqramı elan edir

0
430

ROOF Academic Training 2017-ci ildə dil xidmətləri üzrə fəaliyyətə başlamış tədris mərkəzidir. İndi şirkətin fəaliyyət dairəsi IELTS, ümumi ingilis dili, SAT, GRE, GMAT və xaricdə təhsil xidmətlərini əhatə edir.

ROOF Academic Training olaraq aşağıdakı sahələr üzrə 3 aylıq təcrübə proqramı və davamında minimum 12 aylıq iş imkanı təklif edirik:

– İngilis dili müəllimliyi (General English, SAT, IELTS, GMAT, GRE)
– Riyaziyyat müəllimliyi (SAT, GMAT, GRE)
– Satış
– Araşdırma

Təcrübədə iştirak edən və 1 il ərzində bizimlə çalışacaq olan şəxslər üçün bu xidmətlər tam pulsuz şəkildə təqdim olunacaq:

– IELTS hazırlığı
– Tədrisin əsasları təlimi
– Natiqlik kursu
– TESOL hazırlığı
– Xaricdə təhsil
Proqrama qəbul üçün əsas şərt ən azı intermediate ingilis dili biliyidir.
Təcrübə proqramı universitetin III, IV və V kurs bakalavr, magistr tələbələri və yeni məzunlar üçündür və ixtisas fərqi yoxdur.

* Təcrübəçilərin yemək və nəqliyyat xərcləri tərəfimizdən qarşılanacaq.
* 3 aylıq proqramın sonunda uğurlu namizədlərə 1 illik part-time və ya full-time işlər təklif olunacaq və müqavilə bağlanacaq.
* Seçim prosesi bir neçə mərhələdən ibarət olacaq və yalnız növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.

Öyrənmək həvəsindəsənsə və artıq öyrəndiklərini təcrübəylə gücləndirmək istəyirsənsə, gecikmədən öz CV-ni talent@roofat.az ünvanına göndər. Emaildə mövzu hissəsinə təcrübə keçmək istədiyin sahənin adını qeyd etməyin xahiş olunur.

Müraciət üçün son tarix 18 maydır.

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin