Robot kuryerin sürəti 15km/saat oldu: Alibabanın yeni çatdırılma üsulu

0
72

2018-ci ilin may ayının sonunda Çinin nəhəng internet riteyleri Alibaba Group alış-verişin çatdırılmasının rahatlığını artırmaq məqsədilə bazara bir sıra yeni innovativ məhsullar çıxarmışdır. Onlardan biri 15km/saat sürəti yığa bilən robot-kuryer, ikinci isə alış-verişin çatdırılmsı üçün üz simasını tanıya biləcək qutunun olmasıdır.

G plus adlı avtonom robot kuryer 2018-ci ilin may ayının sonlarına kimi Çində Alibabanın mənzil qərargahının yerləşdiyi Xanjou şəhərində sınaqdan keçirilmişdir. Verge nəşrinin verdiyi məlumatda bildirilir ki, əvvəlki modellərlə müqayisədə robotun yaxşılaşdırılmış resursu ona böyük məsafəni qət etməyə imkan verir.

“G Plus”un yükləmə yeri bağlamanın qabaritindən asılı olaraq ölçüsünü dəyişə bilər. Alibabadan həmçinin bildirmişlər ki, robot təzə qida məhsullarının çatdırılması üçün yararlı hesab edilir.

“G Plus”da ətraf sahənin 3 ölçülü, 3D xəritəsini yaratmaq üçün  LİDAR lazer skan etmə texnologiyası əsasında geydirilmiş naviqasiya sistemi nəzərdə tutulmuşdur. Əgər robot müəyyən etsə ki, yaxınlığında çoxlu adam və robotlar vardır o zaman robot sürəti azaldacaqdır. Təhlükəsizlik acısından, bu nöqteyi nəzərdən onun maksimal hərəkət sürəti 9,3 millə(15km/saat) məhdudlaşdırılmışdır.

Təyinat nöqtəsinə çatan kimi G Plus bağlamanı avtomatik olaraq saxlanma yerində boşaldır. Həmçinin onu alıcıda götürə bilər. Bu zaman pin kodun daxil edilməsi tələb olunur. Alibaba G Plus robot kuryerinin kommersiya məqsədilə istehsalına 2018-ci ilin sonuna kimi başlamağı planlaşdırır.

 

Digital Azerbaijan

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin