“Qara Çay” holdinqə “Büdcə planlama və hesabatlıq üzrə mütəxəssis” tələb olunur.

0
98

“Qara Çay” Holdinq inşaat, kənd təsərrüfatı, otelçilik, atçılıq idmanı kimi sahələri, kənd təsərrüfatı və inşaat texnikalarının satış və icarəsini öz fəaliyyət dairəsində cəmləşdirən iri bir şirkətdir. Bir çox nazirlik və hökumət orqanları ilə əməkdaşlıq edən şirkət həm Bakıda, həm regionlarda, həm də bir sıra xarici ölkələrdə müxtəlif layihələrin müəllifidir.

Vəzifə öhdəlikləri:

Şirkətin illik maliyyə və büdcə planlarının, balans, mənfəət və zərər, nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
Pul vəsaitləri üzrə büdcənin tərtib edilməsi, şirkətin üzləşə biləcəyi pul defisiti ilə bağlı maliyyələşmə mənbələrinin müəyyən edilməsi;
Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakının təmini və koordinasiyasının təmin edilməsi;
Struktur bölmələrin təqdim etdiyi büdcə layihələrinin təhlil edilməsi;
Büdcənin icrasina mütəmadi nəzarətin həyata kecirilməsi və icra vəziyyətinə dair hesabatlarin rəhbərliyə təqdim olunmasi;
Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi, büdcəyə düzəlişlərin həyata keçirilməsi;
Büdcə xərclərinin səmərəliliyinin təhlilini aparilmasi və səmərəliliyinin artirilmasi üzrə təkliflərin verilməsi
Büdcə gəlirlərinin artirilmasi üzrə mənbələrin aidiyyati struktur bölmələrlə müzakirəsi;
Şirkətin daxili normativ sənədləri ilə müəyyən olunmuş müddətlərdə ilin hər rübü üzrə büdcənin icra vəziyyətini təhlil etməklə növbəti dövrlərin büdcələrinə düzəlişlər etmək üçün təkliflər verilməsi;
Maliyyə hesabatlarının hazırlanması;
Şirkətin hesabatlılıq sisteminin dəqiqliyinin və dolğunluğunun təmin edilməsində iştirak edilməsi;
Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi;
Şirkətin rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;

Namizədə qoyulan tələblər:

Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Ali təhsil (Maliyyə, iqtisadiyyat);
MS Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel);
Azərbaycan, rus, ingilis dilləri;
Büdcə planlaması sahəsində biliklərə sahib olmalı;
Analitik təhlil etmə və hesabat tərtib etmə qabiliyyətinə sahib olmalı;
Komandada işləmək bacarığı olmalı;
İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
Məsuliyyətlilik;

Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Büdcə planlama və hesabatlıq üzrə mütəxəssis” qeyd edərək hr@qarachay.com elektron ünvanına göndərə bilər.

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin