Qətər OPEC-dən çıxacağını elan edib

0
24

ətər Neft İxrac edən Ölkələr Təşkilatında (OPEC) üzvlüyünə son qoymaq niyyətindədir. Ölkənin energetika naziri Saad al-Kaabi bildirib ki, ölkəsinin bu təşkilatda üzvlüyü 2019-cu ilin yanvar ayında sona çatacaq. Nazir, həmçinin qeyd edib ki, OPEC rəsmi qərarın bəyan edilməsindən öncə müvafiq qaydada məlumatlandırılıb.

Qətərin bu qərarının dünya bazarlarında xam neftin qiymətinə müsbət təsir göstərəcəyi ehtimal olunur.

Dünyanın ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı, eləcə də Bəhreyn, Misir, Birləşmiş Ərəb Əmirlikləri ötən ilin yayında Qətərlə bütün diplomatik münasibətlərini kəsiblər və həmçinin bu kiçik Körfəz ölkəsinə qarşı nəqliyyat və ticarət blokadası yaradıblar.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin