Papanın Vatikandakı İsveçrə qvardiyasının 3D printerində çap edilmiş baş örtüyü

0
49

2018-ci ilin may ayının əvvəlində məlum olmuşdur ki, Roma papasının İsveçrə qvardiyasının dəmir baş örtüyü(helmet, dəbilqə) 3D printerində çap edilmiş plastik baş örtüyü ilə əvəz ediləcəkdir.

İsveçrə qvardiyası Vatikanın vizit kartıdır. Qvardiyaçılar artıq 5 əsrdən çoxdur ki, 1506-cı ildən bu günə qədər həm şəhər, həm dövlət sayılan Vatikanın girişini mühafizə etməklə Roma Papasının və Vatikanın dövlət katibinin qulluğunda dururlar. Eyni zamanda bu qvardiya təntənəli mərasimlərdə iştirak edir.

Romanın isti günəşi altında dəmir baş örtüyündə, dəbilqədə dayanmaq heç də asan deyildir və buna görə də Vatikanın qvardiyaçıları formalaşan çoxəsrlik ənənələrini pozaraq 3D printerində hazırlanmış plastik baş örütyünü, başqa sözlə dəmir baş dəbilqəsininin oxşarını, demək olar ki, nüsxəsini hazırlamışlar.

Havaya dayanıqlı yeni müasir plastik materialdan hazırlanmış yeni baş dəbilqəsi yüngül olması və rahatlığı ilə fərqlənir. Belə baş örtüyünü daşımaq çox rahatdır. Onlar ultrabənövşəyi şüaların təsirinə daha dayanaqlıdırlar və az qızırlar və bundan başqa başın soyudulması üçün baş dəbilqəsində xüsusi ventilyasiya kanalı nəzərdə tutulmuşdur.

3D baş dəbilqəsinin üstün cəhətlərindən biri onun ucuz olmasıdır. Bu printerdə çap olunmuş baş örtüyünün qiyməti təxminən 880 Avroya başa gəlir. Bu isə metaldan olan ənənəvi baş örtüyü ilə müqayisədə 2 dəfə ucuz başa gəlir. Bundan əlavə dəmir baş örtüyünü hazırlamaq üçün 100 saat tələb olunurdusa, plastik baş dəbilqəsinin çap edilməsinə 14 saat vaxt tələb edilir.

 

Digital Azerbaijan

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin