Neft hasilatının azaldılması sazişi üzrə İran, Liviya və Venesuelaya güzəştə gedilib

0
48

Neft istehsalının azaldılması üzrə saziş çərçivəsində İran, Liviya və Venesuelaya güzəşt tətbiq olunub.

Bu barədə OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei deyib.

O bildirib ki, kartelə üzv bəzi ölkələrə neft hasilatının azaldılmasına dair saziş çərçivəsində güzəşt tətbiq edilib: “ABŞ-ın sanksiyaları ilə əlaqədar İrana, eləcə də Liviya və Venesuelaya güzəştə gedilib”.

Ötən gün OPEC və OPEC+ üzrə neft istehsalının sutkada 1,2 milyon barrel azaldılmasına qərar verilib. Gələn il yanvarın 1-dən qüvvədə olmaqla 6 aylıq müddətə OPEC üzrə sutkalıq neft hasilatı 800 min barrel, qeyri-OPEC ölkələri üzrə isə gündəlik 400 min barrel azaldılacaq.

 

AZƏRTAC

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin