NƏQLİYYATIN İNTELLEKTUAL İDARƏETMƏ SİSTEMİ TƏKMİLLƏŞDİRİLİR

0
40

Müasir meqapolisə çevrilən Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, məqsəd bu sahədə göstərilən xidmətin keyfiyyətini artırmaqdır. Görülən işlərin səmərəli olması üçün inkişaf etmiş şəhərlərin təcrübəsi də öyrənilir. Bu məqsədlə Türkiyənin İstanbul şəhərinin İSBAK (İstanbul İnformasiya və Ağıllı şəhər Texnologiyaları) şirkətinin nümayəndələri Bakıda səfərdə olub. Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə baş tutan səfər çərçivəsində İSBAK şirkətinin mütəxəssisləri Nəqliyyatı İntellektual İdarəedilməsi Mərkəzi ilə tanış olub. Nəqliyyatın idarə edilməsi sahəsində mövcud vəziyyət, çatışmazlıqlar və onların həlli yolları ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Keçirilən görüşlər zamanı tətbiq edilən texnologiyalar və gələcək planlar, şəhərin nəqliyyat planlaşdırılmasında nəzərə alınması vacib olan məqamlar da müzakirə edilib. İSBAK mütəxəsissləri Bakı Nəqliyyat Agentliyinin həyata keçirəcəyi layihələrin uğurla reallaşmasına hərtərəfli dəstək verməyə hazır olduqlarını bildiriblər.

 

(c) Report.az

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin