Microsoft ilk dəfə dünyada sualtı Data Mərkəzi istismara verdi: Video

0
111

2018-ci ilin iyun ayında Microsoft şirkəti dünyada ilk dəfə sualtı Data Mərkəzi istismara vermişdir. Böyük kapsulada toplam tutumu 27,5PB(Petabayt) data məlumatların saxlanılması sisitemi 800-dən çox server yerləşdirilmişdir. Bu 1000 yüksək məhsuldarlı kompüterin informasiyasının emalına və ya yüksək keyfiyyətli 5 milyona yaxın filmin saxlanması üçün kifayət edən bir tutumdur.

Sualtı Data Mərkəz zahirən yükdaşımalar üçün nəzərdə tutulan konteynerə oxşamaqla Fransada yığılmış və Şotlandiyanın şimal sahillərinə çatdırılmışdır. Sonra onu gəmiylə sahil 200 km məsafəyə nəql edərək Orkney adalarının yaxınlığında okenın dibinə buraxmışlar.

Kompüter avadanlığının soyudulması üçün sualtı qayıqların layihələndirilməsi zamanı tətbiq edilən texnologiyadan istifadə edilmişdir. Serverlərin soyudulması məqsədilə dəniz suyu borudan keçərək radiatora daxil olur. Yerüstü Data Mərkəzlər üçün soyutma ən çox xərc tələb edən seqmentdir. Hesab edilir ki, belə yanaşma Microsoftun servisinə giriş sürətini kifayət qədər artırmağa imkan verəcəkdir.

Layihə çərçivəsində serverlər 2023-cü ilə qədər okeanın dibində qalacaqdır. Onlar sualtı enerji, güc kabeli və həmçinin Orkney adalarındakı bərpa olunan enerji mənbələrindən qidalandırılacaqdır. Data Mərkəz xüsusi kabelin köməkliyi ilə internetə qoşulacaqdır. Microsoft test sınaq işlərini uğurla başa çatdıracağı halda su altında yerləşən Data Mərkəzlərin sayını genişləndirə bilər.

Microsoftda bildirmişlər ki, Data Mərkəzin dənizin dibində yerləşdirməyinin əsas üstünlüklərindən biri kimi onların bərpa olunan elektrik enerjisi mənbələrinin birbaşa yaxınlığında tikilməsinin mümkün olmasıdır.

 

Digital Azerbaijan

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin