Kolumbiya Universitetinin professoru BMU-da olub

0
84

Amerikalı mütəxəssis universitetdə “Təhsil və sosial mobillik” mövzusunda seminar keçirib

Kolumbiya Universitetinin professoru Amra Sabic-El Rayess Bakı Mühəndislik Universitetində olub. Universitetin rektoru, professor Havar Məmmədov qonağa BMU haqqında ətraflı məlumat verib. Bildirib ki, universitet tam elektronlaşdırılıb. Burada yerli tələbələrlə yanaşı Peru, İndoneziya, Çin və Rusiya kimi bir çox xarici ölkələrdən tələbələr təhsil alır. Universitetdə fəaliyyət göstərən texnoparkın vasitəsi ilə  Silikon Vadisindən mütəxəssislər dəvət edilərək iki günlük seminar keçirilib. Məqsəd startap layihələr həyata keçirərək  sahibkar  universitetə çevrilməkdir. Rektor  bu istiqamətdə Kolumbiya Universiteti ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

Professor Amra Sabic-El Rayess səmimi qəbula görə təşəkkür edərək, tədqiqat sahəsi barədə məlumat verib. Qeyd edib ki, əsasən təhsil iqtisadiyyatı sahəsində tədqiqat aparır və dünyanın bir cox ölkəsindən tələbələri var. Ən fəal tələbəsinin isə azərbaycanlı olması onun bu ölkəyə olan marağını daha da artırıb. İndiyədək dünyada bir cox layihələr həyata keçirdiyini vurğulayan professor növbəti layihəsini Çində həyata keçirəcəyini, eləcə də Azərbaycan təhsili üçün  üzərinə düşən işi yerinə yetirməyə hazır olduğunu  qeyd edib.

Görüşdən sonra professorAmra Sabic-El Rayessin təqdimatında “Təhsil və sosial mobillik” adlı seminar keçirilib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi proqram çərçivəsində  keçirilən seminarda universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Qeyd edək ki,  Amra Sabic-El Rayess siyasi-iqtisadi və sosial mövzularda tədqiqatlar aparır. Onun Hindistan və Çin kimi ölkələrdə peşəkar xidmətləri mövcuddur. Xanım El Rayessin tədqiqat maraqları və mövzuları çox müxtəlifdir. O, təhsilin iqtisadi inkişafa təsiri, qadınların iqtisadiyyata töhfəsi, qeyri-mühafizəkar qrupların formal və qeyri-formal təhsilə təsiri və sosial dəyərlərdəki dəyişiklikəri araşdırır.

 

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin