Həlak olan neftçilərin xatirəsi yad edilib

0
29

2015-ci ilin 4 dekabr tarixində təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə və “Neft Daşları” ərazisində 501 saylı özüldə baş vermiş faciə nəticəsində vəfat etmiş və itkin düşmüş neftçilərin xatirəsinə Çilov adasında ucaldılmış abidə önündə anım tədbiri keçirilib.

Tədbirdə mərhum neftçilərin ailə üzvləri, doğmaları və “28 May” neft-qaz çıxarma idarəsinin rəhbərliyi iştirak ediblər.

Bildirilib ki, öncə abidə ziyarət edilib, gül dəstələri qoyulub, daha sonra isə çay süfrəsi təşkil edilib və idarə rəhbərliyi tərəfindən ailə üzvləri ilə söhbətlər aparılıb, onların problemləri dinlənilib.

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin