Gürcüstan XİN: “Biz Azərbaycan və Türkiyə ilə birlikdə TANAP-a fəal şəkildə qoşulmuşuq”

0
74

Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə TANAP-a fəal şəkildə qoşulub.

Bu barədə  Gürcüstan Xarici İşlər Nazirliyinin iyunun 12-də TANAP-ın açılışı ilə bağlı yaydığı bəyanatda vurğulanıb.

“Bu layihədə, o cümlədən Xəzərin enerji daşıyıcılarının Qərbə nəql edilməsində Gürcüstanın əhəmiyyətli rolu var”, – sənəddə qeyd olunub.

Xatırladaq ki, iyunun 12-də Türkiyənin Əskişəhərində keçirilən TANAP-ın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı, rəsmi şəxslər, şirkətlərin rəhbərləri iştirak ediblər.

 

Report.az

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin