GÜRCÜSTAN “NİKE” VƏ “PUMA” İSTEHSALINA BAŞLAYIR

0
54

Bu gün Gürcüstanın Poti şəhərində yeni tekstil fabriki açılıb.

Ümumilikdə, 3 minə yaxın insanın çalışacağı istehsalat müəssisəsinə 40 mln. lari civarında türk investisiyası yatırılıb.

Əldə edilmiş razılaşmaya əsasən, fabrik ildə 10 mln. ədəd “Nike”, “Puma”, New Balance” və “Underarmer” brendlərinin qısaqol köynəklərini və şortlarını istehsal edəcək.

“Adjara Textile”in maliyyə direktoru Qiya Lominadze (Gia Lominadze) deyib ki, ilk olaraq 1 500 nəfər işə götürüləcək: “2019-cu ildə fabrikin ikinci mərhələsinin inşasından sonra isə bu rəqəm 3 minə çatdırılacaq”.

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin