Yüksək mədəniyyətə malik olan xalq,
irəli gedəcək, həmişə yaşayacaq,
həmişə inkişaf edəcəkdir. Heydər Əliyev

Heyder Eliyev
Neft istehsalının azaldılması çox vaxtında qəbul olunmuş qərar idi. “Ötən həftə Vyanada OPEC və OPEC+ ölkələrinin birgə iclası keçirildi və neft bazarına dair qərarlar qəbul olundu. Ümumilikdə iştirakçı ölkələr sutkalıq hasilatın 1,2 milyon barrel azaldılmasına qərar verdilər. Sözsüz ki, bu qərar çox vaxtında qəbul edilmiş qərar oldu. Heç şübhə yoxdur...
Vyanada səfərdə olan energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb. Görüşdə son dövrdə neftin qiymət dəyişikliyini şərtləndirən faktorlar, qısa və uzunmüddətli perspektivdə gözləntilər, qlobal neft bazarında tələb və təklifin vəziyyəti müzakirə edilib. Qiymət sabitliyi və balansın təmin olunması üçün...
SOCAR “Honeywell UOP” şirkətinin hidrogen texnologiyasından yüksək keyfiyyətli yanacağın emalı prosesində istifadə edəcək. SOCAR Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi prosesində yüksək keyfiyyətli hidrogen təchizatı üçün qısa dövriyyəli adsorbsiyaya əsaslanan (PSA) “Honeywell UOP” texnologiyasından istifadə edəcək. Məlumdur ki, neftin təmizlənməsi və tam yanan yanacaqların, o cümlədən “Avro-5” standartlarına...
Dekabrın 4-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) könüllülərinin birinci ümumrespublika konfransı keçirilib. Konfransdan əvvəl tədbir iştirakçıları könüllülərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə ölkənin müxtəlif bölgələrini təmsil edən gənclərin rəsm və tikmələri, o cümlədən qədim şəbəkə sənəti üzrə nümunələr və tullantılardan hazırlanmış əsərlər...
Yaponiyanın məşhur Fuji Telekanalı özünün ‘Naruhodo! The World’ adlı proqramı üçün çəkilişlərinin bir hissəsini Bakı Ali Neft Məktəbində (BANM) edib. İlk dəfə 1981-ci ildə yayımlanan proqram bugünə kimi 700-dən çox verilişlə ekrana çıxıb və proqramın növbəti verilişinin məhz Azərbaycana həsr edilməsi nəzərdə tutulub. Yeni 2019-cu ilin ilk günlərində efirə veriləcək...
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Azərbaycan energetika naziri Pərviz Şahbazov 4-7 dekabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq. Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, nazir OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclasında iştirak edəcək. Energetika naziri dekabrın 7-də isə OPEC...
2015-ci ilin 4 dekabr tarixində təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə və “Neft Daşları” ərazisində 501 saylı özüldə baş vermiş faciə nəticəsində vəfat etmiş və itkin düşmüş neftçilərin xatirəsinə Çilov adasında ucaldılmış abidə önündə anım tədbiri keçirilib. Tədbirdə mərhum neftçilərin ailə üzvləri, doğmaları və “28 May”...
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) 70 illik yubileyinə həsr olunmuş təntənəli toplantıda iştirak edib. Tədbirdə M.Babanlı Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, professor R.Baxtizini və ali məktəbin professor-müəllim heyətini əlamətdar gün münasibətilə təbrik...
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli, 774s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2018-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir. Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 2018-ci il dekabrın 4-dən...
İndiyədək “Qərbi Abşeron” yatağında 55 quyu istismara verilib. “SOCAR-ın “Qərbi Abşeron” yatağı Xəzər dənizində, Bakıdan 65 kilometr uzaqlıqda yerləşir. İndiyədək yataqda 55 quyu qazılaraq istismara verilib. Yatağın istismar işlərini “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsi (NQÇİ) həyata keçirir”, - deyə şirkətin məlumatında bildirilir. AZƏRTAC
Xəbər Bülleteni

Abunə Ol

Xəbər Bülleteninə abunə olmaqla siz yeni yazılarımızdan anında xəbərdar ola bilərsiniz