BP: “ŞAHDƏNİZ 2” ÜZRƏ İŞLƏR İLK QAZIN ƏLDƏ EDİLMƏSİ QRAFİKİNƏ UYĞUN İRƏLİLƏYİR

0
208

“Şahdəniz 2” və Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi layihələri istismara başlamaq mərhələsinə daxil olaraq 2018-ci ildə ilk qazın əldə edilməsi qrafikinə uyğun irəliləyir.

Bu barədə “BP-Azerbaijan “ şirkətinin məlumatında qeyd edilib.

“2017-ci ildə bütün layihə boyu əldə edilmiş bir sıra mühüm tikinti, istismar sınaqları və təhvil vermə nailiyyətlərindən sonra “Şahdəniz 2” və Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi layihələri istismara başlamaq mərhələsinə daxil olaraq 2018-ci ildə ilk qazın əldə edilməsi qrafikinə uyğun irəliləyir. “Şahdəniz 2” layihəsi üzrə ilk qazın əldə olunması üçün lazım olan iş həcmi mühəndis-layihə işləri, təchizat, tikinti və istismar sınaqları da daxil olmaqla, artıq 99% tamamlanıb”,-məlumatda qeyd edilib.

Bildirilib ki, I rübdə “Şahdəniz 2” platformalarının hər ikisinin üst modullarının montajı və istismar sınaqları davam edib və surətlə irəliləyib: “Ümulikdə bu işlər 90% başa çatmaqla qrafiki qabaqlayır. Bu obyektlər artıq əməliyyatlar qrupuna təhvil verilib və işə salınma prosedurlarıyaxşı irəliləyir. Hazırda terminaldan platforma sisteminə ilk karbohidrogen daxil olmazdan əvvəl son yoxlama işləri aparılır”.

Məlumata görə, Səngəçal terminalında “Şahdəniz 2” üçün inşa edilmiş obyektləri terminalın mövcud istismarda olan hissəsi ilə ayıran baryer sökülüb və hər iki hissə indi birləşdirilib. Yeni inşa edilmiş sistemə artıq ilk karbohidrogen daxil edilib. Bu, həm ilk kommersiya ixracının, həm də “Şahdəniz” “Bravo” obyektlərindən hasilatın başlanması üçün çox vacib bir əməliyyatdır.

 

(c) Report.az

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin