BDU “QS World University Rankings” ən yaxşı universitetlər reytinqində minlər arasında

0
364

Bakı Dövlət Universiteti(BDU) QS Quasquarelli Symonds təqdiqat mərkəzi tərəfindən tərtib edilən QS World University Rankings ən yaxşı universitetlərin reytinqində 801-1000-ci yerləri bölüşdürmüşdür.

1000 ən yaxşıları özündə birləşdirən builki reytinqə BDU Azərbaycan Universitetləri arasında yer almış yeganə universitetdir. Bundan əvvəlki illərdə reytinqlərə Xəzər və Bakı Mühəndislik Universiteti daxil olmuşdur. Rusiyanın Moskva Dövlət Universiteti 90-cı yerdə qərarlaşmışdır. Bütövlükdə qonşu ölkənin27 Universiteti reytinqə öz adını yazdıra bilmişdir.

Qeyd edim ki, bu ilki reytinqə dünyada təhsil sisteminin keyfiyyətində tayı bərabəri olmayan Massaçusets Texnologiya İnstitutu(MİT) rəhbərlik edir. İlk üçlüyə Stanfard və Harvard Universitetləri daxil olmuşdur.

BDU-nun kollektivini bu ilki reytinqdə yer alması münasibətilə təbrik edirik.

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin