BANM və MGİMO arasında Anlaşma Memorandumu imzalanıb

0
43

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGİMO) nümayəndə heyəti ilə görüşüb. Başda MGİMO-nun ümumi işlər üzrə prorektoru Malgin Artem olmaqla nümayəndə heyətinə Azərbaycan Respublikasının Rusiya Federasiyasında ticarət üzrə nümayəndəsi və MGİMO-nun ekologiya və təbii sərvətlər ilə əlaqəli beynəlxalq kompleks problemləri üzrə kafedrasının müdiri Ruslan Əliyev, MBA (biznes idarəçiliyi üzrə magistr proqramı) proqramının rəhbəri Belova Mariya və bu proqramın tələbə və məzunları olan Rusiyanın aparıcı şirkətlərinin rəhbər nümayəndələri daxildirlər. Bu şirkətlər arasında PromResurs MMC, “Gazpromneft” ASC, VYGON Consulting, “Varyeganeft” ASC, “Gazpromneft” v s. kimi neft-qaz sektorunun öndə gedən şirkətləri daxildir.
Görüşdə rektor Elmar Qasımov qonaqları Ali Məktəbin kampusunda görməkdən məmnun olduğunu bildirərək, MGİMO-nun fəaliyyətini yüksək qiymətləndirib və onun məzunlarının hər zaman seçilən və uğurlu şəxsiyyət olduqlarını bildirib. Daha sonra rektor MGİMO-nun və şirkətlərin nümayəndələrinə BANM-ın tarixi, fəaliyyəti, uğurları haqqında məlumat verib.
MGİMO-nun ümumi işlər üzrə prorektoru Malgin Artem Azərbaycanda BANM kimi ali təhsil müəssisənin olduğunu və Ali Məktəbin qısa dövr ərzində əldə etdiyi uğurları yüksək qiymətləndirdiyini bildirib.
Daha sonra tərəflər arasında iki tanınmış ali təhsil müəssisəsi arasında gələcəkdə nəzərdə tutulmuş əməkdaşlıq istiqamətlərinin detalları müzakirə olunub və buna dair anlaşma memorandumu imzalanıb.
Qonaqlar görüşün sonunda Ali Məktəbin yeni kampusunu gəzərək ordakı yüksək texnoloji laboratoriyalar, tam təchiz edilmiş müasir auditoriyalar və idman kompleksi ilə tanış olublar.

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin