BANM-ın tələbəsi Emersonun “7009 DeltaV Implementation I” kursunu uğurla başa vurub

0
120

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan dördüncü kurs tələbəsi Aydın Nəsirzadə “7009 DeltaV Implementation I” kursunda iştirak edib. Beş gün davam edən kursun təşkilatçıları Azərbaycan Mühəndislər Birliyi və Emerson Process Management şirkəti olub. Avtomatika üzrə təşkil edilmiş kursda ümumi 9 iştirakçı  virtual DeltaV sistemi üzrə praktiki və nəzəri biliklərə yiyələniblər.

 

Qeyd edək ki, ilkin mərhələdə kursa qatılmaq istəyən 79 nəfər CV göndərsə də, test mərhələsinə yalnız 54 nəfər iştirak hüququ qazanıb. Test mərhələsində iştirakçılara 40 sual təqdim olunub. BANM-ın tələbəsi Aydın Nəsirzadə 40 sualdan 34-nə doğru cavab verərək ən yüksək göstərici ilə kursda ödənişsiz əsaslarla iştirak hüququ əldə edib.

 

 

 

Kursun sonunda tələbəmiz sertifikatla təltif edilib.

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin