BANM-ın tələbələri yaz semestrini Yunanıstanda təhsil alacaqlar

0
72

Bakı Ali Neft Məktəbinin (BANM) bir qrup tələbəsi 2017/2018-ci tədris ilinin yaz semestrində təhsillərini Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS) davam etdirəcəklər. Erasmus+ proqramı çərçivəsində həyata keçirilən bu layihə vasitəsilə Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 5 tələbəsi Yunanıstana göndərilməsi qərara alınıb.
Ali Məktəbin rektoru Elmar Qasımov, tələbələri yola salmazdan əvvəl onlarla görüş keçirib. Görüşdə həmçinin tələbələrin valideynləri və yaxınları da iştirak ediblər.
Rektor qeyd edib ki, bu hadisə tələbələrin həyatında önəmli yer tutacaq, onların dünyagörüşlərinin daha da təkmilləşməsinə və biliklərinin artmasına öz müsbət təsirini göstərmiş olacaq.​
Görüşdə valideynlər tələbələr üçün göstərdiyi diqqət və qayğı, eyni zamanda onların potensial kadr kimi yetişməsi üçün atdığı bütün addımlara görə rektora öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, sonuncu kurs tələbələri olan Məmməd Cəbrayılov, Rəhim Rəhimli, Şamil Ömərov və Qulu Quluyev elmi yaradıcılıq və tədqiqat fəaliyyətlərini, BANM-ın “Əşyaların interneti” adlı laboratoriyasında gördüyü işləri, akademik göstəriciləri və sosial fəallığını nəzərə alaraq seçiliblər və buraxılış işlərini Pirey Tətbiqi Elmlər Universitetində bitirmək şansı əldə ediblər. Digər bir tələbə – üçüncü kursda təhsil alan Nicat Həsənov isə bir semstrlik BANM-da keçəcəyi fənnlərinin eynisini PUAS-da keçəcək.

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin