Bakı Ali Neft Məktəbində SPM-in “M3” qrupunun açılışı oldu

0
114

Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən və  ABŞ-ın Corc Vaşinqton Universitetinin  magistr proqramı əsasında tədris edilən Layihə  İdarəetmə Məktəbinin (SPM) yeni “M3” qrupunun açılış mərasimi keçirilib.

BANM-ın kampusunda təşkil edilən açılış mərasimində iştirak edən  Ali Məktəbin rektoru Elmar Qasımov “M3” qrupunun Layihə İdarəetmə Məktəbinin BANM-da artıq beşinci uğurlu qrup olduğunu bildirib. Rektor qeyd edib ki, ötən ay SPM-in ilk iki qrupunun təntənəli “Məzun Günü” keçirilib, proqramı uğurla bitirən iştirakçılara ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatları təqdim edilib. “Əminəm ki, burada vaxtın idarə olunması, risklərin idarə olunması, danışıqların aparılması, liderlik və s. modullar üzrə əldə etdiyiniz biliklər bir menecer olaraq sizə həm işinizdə, həm də şəxsi həyatınızdakı  planlarınızda çox kömək olacaqdır.”-deyə Elmar Qasımov bildirib.

Daha sonra ölkənin aparıcı şirkətlərinin rəhbər nümayəndələrindən ibarət olan iştirakçıların hər biri özləri haqqında qısa təqdimat ediblər.

Rektor Elmar Qasımov açılış mərasimində hər bir iştirakçı ilə yaxından tanış olub və təlim proqramını uğurla başa vurmağı arzulayıb.

Layihə İdarəetmə Məktəbinin yeni, 26 nəfərdən ibarət olan “M3” qrupunun iştirakçıları sırasına SOCAR, BP, Azeriqaz, Azərsu, Azneft, Expro Eurasia, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, AzerTürk Bank və SOCAR AQŞ kimi şirkətlərin əməkdaşları daxildir.

Qeyd edək ki, SPM proqramı layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək üçün unikal təlim proqramıdır. Proqramı uğurla bitirən  iştirakçılar ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatını əldə edirlər. SPM 7 layihə həcminin idarə olunması, vaxtın idarə olunması, keyfiyyətin idarə olunması, büdcənin idarə olunması, əmək resurlarının idarə olunması, riskin idarə olunması, layihə menecerləri üçün danışıqların aparılması bacarıqları adlanan 7 moduldan ibarətdir.

 

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin