Bakı Ali Neft Məktəbi Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir

0
127

Bakı Ali Neft Məktəbində (BANM) Çinin aparıcı beynəlxalq investisiya şirkətlərindən olan “China Minsheng İnvestment Group”un (CMİG) nümayəndə heyəti ilə görüş olub.

Görüşdə rektor Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib. Rektor son dövrdə ölkəmizdə alternativ enerji mənbələrinin inkişafı istiqamətində irəliləyişlərdən söz açıb, BANM-in də bu sahənin araşdırılmasında maraqlı olduğunu qeyd edib.

CMİG şirkətinin vitse-prezidenti Ma Şaoyin BANM-in rəhbərliyinə göstərdiyi marağa görə təşəkkür edib, CMİG şirkəti, həmçinin Çində alternativ və bərpa olunan enerji mənbələri sahəsindəki inkişaf və yeniliklər barədə danışıb. BANM-lə əməkdaşlıqda maraqlı olduqlarını bildirən qonaq bu sahədə Çinin aparıcı universitetləri ilə də əlaqələr yaradılmasının və bu sahələr üzrə gələcəkdə tələbə mübadiləsi proqramının həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb.

Nümayəndə heyətinin üzvləri CMİG şirkətinin ölkələr üzrə inkişaf strategiyasında Azərbaycan bazarının əhəmiyyətli yer tutduğunu, məhz bu səbəbdən BANM-lə təhsil, inkişaf və istehsalat sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Çinli qonaqlar, həmçinin yeni enerji mənbələri sahəsində olan BANM-in layihələrinin maliyyələşdirilməsində və həyata keçirilməsində kömək göstərməyə hazır olduqlarını deyiblər.

Daha sonra şirkətin nümayəndələri BANM-in yeni kampusunda tədqiqat işlərinin aparılması üçün yaradılmış şərait və laboratoriyalarla tanış olublar.

AZƏRTAC

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin