Bakcell “2018 Yay Təcrübə Proqramı”na dəvət edib

0
458

Bakcell tələbə və yeni məzunları “2018 Yay Təcrübə Proqramı”nda iştirak etməyə dəvət edir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ali təhsil müəssisələrinin 3 və 4-cü kurs bakalavr tələbələrini, magistraturada təhsil alan gəncləri və ya ali təhsilini son 2 il ərzində bitirmiş məzunları “2018 Yay Təcrübə Proqramı”nda iştirak etməyə dəvət edir.

Yay təcrübə proqramı çərçivəsində Siz marketinq və satış sahələrində praktiki biliklərə yiyələnmək, müxtəlif layihə və əməliyyatlarda yaxından iştirak edərək təcrübə qazanmaq imkanı əldə edəcəksiniz.

Təcrübə müddəti iyul ayının 2-sindən sentyabr ayının 10-dək davam edəcəkdir.

Tələb olunan ixtisas/fakültə:

  • Marketinq
  • Biznesin İdarə olunması
  • Kommersiya
  • Statistika
  • İqtisadiyyat
  • və ya əlaqəli ixtisaslar

Siz də Yay Təcrübə Proqramında iştirak etmək və təcrübə qazanmaq istəyirsinizsə, 31.05.2018-ci il tarixinədək CV- nizi internship@bakcell.com e-mail ünvanına göndərməyinizi xahiş edirik.

Başlıqda ‘’2018 Yay Təcrübə Proqramı’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin