“AzerGold” QSC-nin nümayəndəsi ADNSU-da mühazirə ilə çıxış etdi

0
152

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndəsi Geoloji kəşfiyyat şöbəsinin müdiri, Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şahbəddin Musayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) müəllim və tələbə kollektivi qarşısında təqdimatla çıxış edib.

Ş. Musayev “Respublika ərazisində nəcib və əlvan metal yataqlarının proqnostik göstəriciləri və onların ehtiyatlarının istismara cəlb olunmasının perspektivləri” mövzusunda mühazirə oxuyub. “AzerGold” QSC-nin nümayəndəsi Azərbaycandakı yataqların Qafqaz regionunda əhəmiyyəti haqda bəhs edərək qonşu ölkələr və dünyadakı digər yataqlarla müqayisə və təhlilini aparıb. Ş. Musayev dağ-mədən sənayesi ilə məşğul olan səhmdar cəmiyyətinin həyata keçirdiyi kəşfiyyat, istismar işləri, strateji planlar, şirkətə aid filiz sahələrindəki nəcib və əlvan metal yataqlarının mineral xammal bazası, eləcə də kommersiya dəyərləri barədə də ətraflı məlumat verib.

Mühazirə universitetin müəllim, professor, bakalavr və magistr tələbələri tərəfindən böyük maraqla qarşılanıb. Təhsil müəssisəsi ilə mədən şirkəti arasında bağlanmış memorandum əsasında bu cür təqdimatların davamlı keçirilməsi nəzərdə tutulur.

İmzalanan memorandum iki qurumun daha sıx əməkdaşlıq etməyinə imkan yaradaraq, tərəflərin faydalana biləcək çoxsahəli qarşılıqlı təcrübə mübadiləsini təmin edəcəkdir.

 

AzerGold.az

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin