“Azerconnect” LLC dən yeni vakansiya

0
209

Layihə Koordinatoru

Vakansiya haqqında

Şirkət : Azerconnect
İdarə:  : Şəbəkə Texnologiyaları
Şöbə:   : Sabit Şəbəkə Texnologiyaları
İş qrafiki : Standart
Müqavilə müddəti : Daimi

Sizin əsas vəzifə öhdəlikləriniz

 Büdcəyə müvafiq olaraq layihələri əlaqələndirmək və layihə mərhələlərini idarə etmək
 Layihələrin mövcud statusunu izləmək və hesabatları hazırlamaq
 Büdcəyə nəzarət etmək və vəsaitlərin istifadə edilməsinin büdcəyə uyğunluğunu izləmək
 İnvestisiya planının hazırlanmasında  iştirak etmək
 İcra olunan layihələr barəsində aylıq və illik hesabatlar hazırlamaq
 Texniki layihələrin maliyyə təsdiqi üçün təqdimatları hazırlamaq
 Layihələrin monitorinqini aparmaq və onları nəzarətdə saxlamaq
 Layihənin idarə olunması üçün təhlil və qiymətləndirməyə dəstək olmaq
 Müxtəlif layihələrin başa çatmasına dəstək olmaq və biznes tələblərini qarşılamaq məqsədilə şöbələr arasında qarşılıqlı əlaqə qurmaq
 Yuxarı rəhbərliklə əməkdaşlıq çərçivəsində əvvəldən sonadək layihənin gedişinə, o cümlədən biznes məqsədlərinin yerinə yetirilməsinə dəstək vermək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

  Ali təhsil
 Layihələrin idarə edilməsi prinsiplərini və beynəlxalq standartları bilmək
 Maliyyə və büdcə prinsipləri haqqında biliyə malik olmaq
 Telekommunikasiya sahəsində layihələrin idarə edilməsi üzrə minimum 3 il təcrübə

Sizdən tələb olunan bacarıq və səriştəliklər

 Sabit Şəbəkə, Broadband və İT infrastrukturu üzrə anlayışa malik olmaq
 Təşkilati və Analitik bacarıqlar

Müraciət etmək üçün

CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda  “Layihə Koordinatoru”  qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin