ADNSU Ufa Dövlət Neft Texniki Universiteti ilə geniş əməkdaşlıq əlaqələri qurub

0
33

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) 70 illik yubileyinə həsr olunmuş təntənəli toplantıda iştirak edib.

Tədbirdə M.Babanlı Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, professor R.Baxtizini və ali məktəbin professor-müəllim heyətini əlamətdar gün münasibətilə təbrik edib.

M.Babanlı iki ali məktəb arasında genişlənən əməkdaşlıq əlaqələrindən danışıb, əlaqələrin gələcəkdə daha da gücləndirilməsini arzulayıb.

O, R.Baxtizin kimi alimin məhz Bakıda, akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında ADNSU kimi nüfuzlu təhsil ocağında yetişdiyini qeyd edib.

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin