2019-cu ildə “ağıllı sayğac”ların quraşdırılması məcburi olacaq: Rusiyada innovasiya

0
55

2019-cu ilin iyul ayının 1-dən Rusiyada kommunal ödənişlərin aparılması üçün çoxmənzilli yaşayış evlərində ağıllı sayğacların quraşdırılmasına icazə verilə bilər. Bu Rusiyada ötən il rəqəmsal iqtisadiyyatla bağlı qəbul edilmiş dövlət proqramının ağıllı şəhər layihəsi çərçivəsində yol xəritəsində nəzərdə tutulmuşdur. Bu yeni sayğac qurğuları öz göstəricilərini müstəqil şəkildə hesablaşma mərkəzinə göndərəcəkdir.

Bu yenilik istismara verilən və ya əsaslı təmirdən keçən yaşayış binalarına şamil ediləcəkdir. Sayğaclar nəinki fərdi qaydada mənzillərə quraşdırılacaq, eyni zamanda göstəricini məsafəyə ötürəcək funksiya ilə təmin edilmiş qurğular binanın ümumi cihazına quraşdırılacaqdır. 2019-cu ilin yanvar ayından başlayaraq normativ sənədlərə müvafiq düzəlişlərin işlənib hazırlanması planlaşdırılır.

Enerji sektorundakı bu islahat nəinki innovasiya yönümlü kursdur eyni zamanda istifadəçilər üçün əlverişlidir. Rusiya dövlət dumasının mənzil siyasəti və mənzil kommunal təsərrüfat üzrə komitəsinin sədr müavini Aleksandr Sidyakin bu yeniliyin oğurluqla mübarizəyə imkan verəcəyini qeyd etmişdir. O bir çox mənzil sahiblərinin enerjidən istifadəyə görə sayğacın az yazması üçün onlara gah maqnit, gah xüsisi lent, gah da sayğacı tərsinə çevirdiklərini bildirmişdir. Amma bundan sonra bütün evin intellektual sistemə qoşulduğu halda artıq oğurluq etmək mümkün olmayacaqdır. O bildirmişdir ki, buna səbəb istənilən müdaxilənin qeydə alına biləcəyindədir.

Qeyd edim ki, yeni texnologiyanın elektrik şəbəkəsində oğurluqla yanaşı, ağıllı sayğacları quraşdırmaqla itkini 10-30% azaltmağa imkan verəcəkdir. Buna Rusiyanın 3 regonunda- Kanininqrad, Tula və Yaroslavl əyalətlərində aparılan sınaqlardan sonra nail olunmuşdur.

Artıq köhnə, ənənəvi sayğacların ağıllı sayğaclarla əvəz edilməsi ilə bağlı qanun layihəsi hazırlanmış və dövlət dumasına təqdim edilmişdir. Artıq Rusiyada 1 iyul tarixində köhnə formalı sayğacların quraşdırılmsı qadağan edilmiş və yeni sayğacların elə həmin tarixdən etibarən quraşdırılmasına başlanacaqdır.

 

Digital Azerbaijan

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin