13.06.2009-cu il tarixi “ABŞ”ın analoq televiziyasından imtina etdiyi gündür

0
104

13 iyun 2009-cu il tarixi “ABŞ”da analoq televiziyasının öz işini tamamilə dayandırdığı gün kimi yadda qalmışdır. Televiziya siqnalının bütün analoq ötürücüləri bir saatlıq söndürülmüş və həmin tarixdən etibarən ABŞ tamamilə rəqəmsal televiziya yayımına keçmişdir.

Yeni televiziya standartına keçid ABŞ hökumətinə 2 milyard dollara başa gəlmiş və rəqəmsal siqnalın qəbulu üçün bu zaman yeni televizorlara və televiziya qəbuledici qurğusu dekoderlərə(set top box) olan ajiotaj tələbatla müşaiət olunmuşdur. Büdcə vəsaitləri yeni infrastrukturun rəqəmsal format üçün yenidən işlənməsi məqsədilə istifadə edilmişdir. Televiziya tamaşaçıları üçün rəqəmsal qəbuledicilərin(decoder) alınması məqsədilə 40 dollar həcmində olan vauçerlər nəzərdə tutulmuşdu.

ABŞ konqresi 2005-ci ilin oktyabr ayında rəqəmsal efir yayımına keçidə start vermiş və 2009-cu ilin qışında analoq televiziyasını tamamilə dayandırmağı, obrazlı desək analoq yayımı “basdırmağı” planlaşdırırdı. Televizor istehsalçılarının qarşısına ATSC standartlı rəqəmsal qəbuledici modellərini satışa çıxarılmasını şərt kimi qoydular. Televiziya yayım şirkətləri və rabitə operatorları analoq televiziyasının bağlanması ərəfəsində azad olunan tezliklər(boşalan tezlik zolaqları) uğrunda “savaşa”, mübarizəyə qalxdılar. 

Öncə rəqəmsal yayım formatına keçid məqsədilə 1,34 milyard dollar vəsaitin xərclənməsi planlaşdırılırdı, amma 2009-cu yanvar ayında bəlli oldu ki, bu ayrılmış büdcə vəsaiti bu məqsəd üçün kifayət etməyəcəkdir. Belə ki, bu vəsaitin azlığı üzündən 6,5 milyon ABŞ vətəndaşının rəqəmsal televiziyanı qəbul edə bilməyəcəyi məlum oldu. Sonda büdcədən əlavə subsidiya ayrılaraq vəsaitin 2 milyard dolların ayrılmasına qərar verildi və “köhnə” televiziya yayımının dayandırılması tarixinin yay ayına qədər təxirə salınmasına qərar verildi və nəticədə 13 iyun 2009-cu ildə ABŞ tamamilə rəqəmsal yayıma keçdi.

Qeyd edim ki, Azərbaycanda analoq televiziya yayımından 20 dekabr 2016-cı il tarixində tamamilə imtina edilmiş və respublikamız MDB-də Belarusiyadan sonra DVB-T standartlı rəqəmsal televiziya yayımına keçən ikinci dövlətdir.

 

Digital Azerbaijan

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin